Türkiyəli məşhur aktrisa Yasemin Yazıcı ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi yeni başlayacaq “Hamal” serialında rol alacaq. 28 yaşlı aktrisa ekran işində “Hilal” obrazına həyat verəcək. Layihənin baş rollarında isə Oktay Kaynarca, Fahriye Evcen, Erdal Özyağcılar və Burak Tozkoparan kimi məşhurlar çəkiləcək.
Qeyd edək ki, Yasemin Yazıcı karyerası ərzində “Son Yaz”, “Hudutsuz Sevda”, “Doktor: Başka Hayatta” kimi seriallarda çəkilib.
Pərviz


