Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır.
Azərbaycanlılar burada müxtəlif sahələrdə çalışır və uğurlar da qazanır. Onlardan biri isə Ukraynanın Xalq Artisti Qurban Abbasovdur.
1976-cı ildə Azərbaycandan Ukraynaya musiqi təhsili almağa gələn gənc Qurban, Çaykovski adına Kiyev Dövlət Konservatoriyasını bitirdikdən sonra, Şərqi Almaniyadan dəvət alır.
1986-cı ildən başlayaraq, Qurban Abbasov Veymar şəhərinin müxtəlif səhnələrində çıxış edir.
Sovet İttifaqı süqut edəndən sonra, Qurban Abbasov artıq müstəqil Ukraynaya dönərək, Ukraynanın Dövlət Sərhəd Qoşunlarının Ansamblında solist kimi çalışmağa başlayır. Uzun illər Azərbaycandan uzaq yaşasa da, Qurban Abbasov Azərbaycan musiqisini unutmadı
1999-cu ildə Ukraynada azərbaycanlıların ilk diaspor təşkilatı yarandı. Qurban Abbasov da həmin zamandan diaspor fəallarından birinə çevrildi.