Nazirlik Əməkdar artistin səhhətini nəzarətə götürdü

MƏDƏNİYYƏT
12:22 / 11.05.2023
467

Əməkdar artist Elxan Qasımov səhhəti Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.

Bu barədə HİT.az-a istinadən aktyorun qızı Kəmalə Qasımova məlumat verib.

Aktyorun qızı deyib ki, Elxan Qasımovun səhhəti ilə aidiyyatı qurumlar maraqlanıb: “Tez-tez zəng edib maraqlanırlar və yanımıza gəlirər”. 

Kəmalə Qasımova atasının vəziyyətinin həddindən ağır olduğunu vurğulayıb: “Atam Baku Medical Plazaya yerləşdirilib. Həkimlər əlindən gələni edib, əməliyyat olunub, müalicə davam edir, amma vəziyyət stabil-ağır olaraq qalmaqdadır. Aorta anevrizmasının partlaması-daxili qanaxma diaqnozu qoyulub. Həkimlər belə hallarda xəstə ilə bağlı konkret fikir deyə bilmir. Bu dünyada ən riskli və ən ağır əməliyyatlardan biridir, çox təhlükəlidir. Sağ olsun, həkimlər boyunlarına götürüb belə bir əməliyyatı ediblər. İndi ümid qalıb orqanizmin özünə. Heç kəs bilmir ki, orqanizm necə cavab verəcək”. 

Azra

0