Əməkdar artist bundan sonra Ağdamda yaşayacaq

MƏDƏNİYYƏT
10:22 / 09.06.2023
838

“Təyin olunduğum vəzifə sənətimə mane olmayacaq”.

Bunu HİT.az-a açıqlamasında Əməkdar artist Firuz Səxavət vəzifəyə təyinatından danışarkən deyib. O bildirib ki, məktəb özü sənətkar üçün yaradıcılıq yeridir:

“Biz yenə də sənətlə məşğul olacağıq. Mən artıq Ağdamda yaşayacam, sənətimlə əlaqədar arada Bakıya gəlib-gedəcəm. Ümid edirəm ki, kollektiv də yaxşı olacaq. Hər şey kollektivdən asılıdır, əl-ələ verib işləyəcəyik”.

Firuz Səxavət məktəbdə nə qədər tələbənin təhsil alması ilə bağlı məlumatsız olduğunu vurğulayıb.

Qeyd edək ki, Əməkdar artist Firuz Səxavət Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyinat alıb.

Azra

0