Nazirlikdən baxımsız vəziyyətdə olan məbədlə bağlı açıqlama: "Yeni qeydiyyata alınıb"

MƏDƏNİYYƏT
10:44 / 16.06.2023
667

Mədəniyyət Nazirliyi Buzovna qəsəbəsindəki "Alban məbədi"nin baxımsız vəziyyətdə olmasına münasibət açıqlayıb.

Nazirlikdən HİT.az-ın sorğusuna cavab olaraq bildirilib, "Alban məbədi" abidə kimi qeydiyyata yeni alınıb:

“Buzovna qəsəbəsində yerləşən tarixi tikilinin qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb".

Qeyd edək ki, Abidələrin Müdafiə Təşkilatı İctimai Birliyi və AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşıları Buzovna qəsəbəsində monitorinq keçirib. Monitorinq zamanı “Alban məbədi”nin  ömrünün son günlərinin yaşadığı məlum olub.

Azra

0