Musiqi Festivalı başladı - Şuşada da tədbir keçiriləcək

MƏDƏNİYYƏT
17:52 / 19.06.2023
713

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-cı Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

Əməkdar müəllim Qəzənfər Abbasov HİT.az-a açıqlamasında bildirib ki, Heydər Əliyev Sarayında başlayan festival öz işini Milli Konservatoriyada davam etdirəcək:

“Tədbir Xalq artisti Alim Qasımov və onun qonaqları” adlı layihə ilə başladı. Bu gün isə Milli Konservatoriyada müsabiqəyə start verildi.  Tədbirlər iyunun 25-nə kimi davam edəcək”.

Xanəndə 6-cı Beynəlxalq Musiqi Festivalı ilə bağlı tədbirin eyni zamanda Şuşada keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. 

Azra

0