Gəncə Dövlət Dram Teatrında "Yalan" olacaq

MƏDƏNİYYƏT
13:46 / 06.07.2023
624

Gəncə Dövlət Dram Teatrı yeni bir əsərə quruluş verib.

Hit.az xəbər verir ki, teatr bu dəfə dramaturq Sabit Rəhmanın “Yalan” komediyasına müraciət edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Mehdi Hüseynovdur.

“Yalan” komediyasında Əməkdar artist Kəmalə Məmmədova, aktyorlar Mətləb Təhmazi, Zəminə Cəfərova, Samir Abbasov və başqaları rol alıb.

Tamaşa yeni teatr mövsümündə tqədim olunacaq.

Azra

0