"Qaraca qız" və  "Arvadım olun" hazırlanır

MƏDƏNİYYƏT
11:04 / 07.07.2023
577

“Bakı Uşaq və Gənclər Teatrında hazırda iki yeni tamaşa üzərində iş gedir”.

Bunu Hit.az-a açıqlamasında tetarın bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan məlumat verib. 

O bildirib ki, Süleyman Sani Axundovun əsəri əsasında, İlhamə Əhmədovanın quruluşunda "Qaraca qız" eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçıları Rauf Hüseynov və Yusif Rüstəmovdur. Əsərdə Piri baba obrazını Mehman Piriyev və Niyaz Qasımov, Pəricahan xanımı isə Könül Şahbazova oynayacaq.

Tamaşa 7-12 yaş uşaqlar üçün nəzərdə tutulub.

İntiqam Soltan fransız yazarı Raffi Şartın "Arvadım olun" birhissəli komediyasının da oxunuş prosesində olduğunu vurğulayıb. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rejissor assistenti Nuranə Rəsulova, rəssam Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur. 

Tearın aktyorlarının rol aldığı bu tamaşa isə böyüklər üçün nəzərdə tutulub.

Azra

0