\"Harri Potter\"in nəşri alındığı qiymətdən 35 min dəfə baha satıldı

13:18 / 11.07.2023
446

"Harri Potter"in nəşri alındığı qiymətdən 35 min dəfə baha satıldı

30 penniyə (Böyük Britaniya kiçik pul vahidi) alınan Coan K. Roulinqin “Harri Potter və Fəlsəfə Daşı” əsərinin ilk nəşri 10,5 min funt-sterlinqə (13,5 min dollar) satılıb. 

HİT.az xəbər verur ki, bu barədə "Richard Winterton Auctioneers" hərrac evinin nümayəndələri "Twitter"də məlumat veriblər.

Hərrac evi hərracın nəticəsini "sehrli" adlandırıb - kitab bir neçə il əvvəl kolleksiyaçının kitabxanadan nəşri aldığı məbləğdən 35 min dəfə baha qiymətə satılıb.

“Harri Potter üçün nə inanılmaz nəticə! Hərrac qiyməti 10,5 min funt-sterlinq təşkil edir”, deyə məlumatda bildirilir.

Gənc sehrbaz haqqında kitabların birincisi 1997-ci ildə "Bloomsbury" tərəfindən nəşr olunub, ilk tirajı cəmi 500 nüsxə olub. 

Samir

0