Aras Bulut İynəmlidən "Atatürk" serialının ləğvi ilə bağlı İLK AÇIQLAMA

MƏDƏNİYYƏT
10:29 / 11.08.2023
818

Türkiyəli məşhur aktyor Aras Bulut İynəmli "Disney Plus" platformasından yayımdan qaldırılan "Atatürk" serialı ilə bağlı açıqlama verib.

HİT.az xəbər verir ki, aktyor bu barədə ilk dəfə danışıb.

O, serialın dünyada yayımlanması üçün əlindən gələni edəcəyini deyib:

"Həm Mustafa Kamal Atatürkə, həm də bu layihəyə sahib çıxmaq mənim ən önəmli vəzifəmdir. Şirkət belə bir qərar verib. Amma Atatürkün dünyanın ən böyük liderlərindən biri olduğunu anlatmağa belə ehtiyac yoxdur. Hətta məncə, Atatürk dünyanın ən böyük lideridir. Bu serialın dünyada izlənməsi üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, "Atatürk" serialı 8 milyon dollara çəkilərək, Türkiyə tarixinin ən bahalı serialı olub. Layihə 6 bölüm olsa da, "Disney Plus" erməni lobbisinin etirazlarından sonra onu yayımlamaqdan imtina etdi. Serial Türkiyənin "FOX" telekanalında yayımlanacaq.

Pərviz

0