Azərbaycan Dövlət Opera və Balet Teatrında aparılan təmir işləri bu ilin sonunda yekunlaşacaq.
Bu barədə Hit.az-a teatrdan məlumat verilib.
Təmir işlərinin getməsinə baxmayaraq, teatr yeni mövsümdə operasevələri yeni tamaşası ilə salamlayacaq.
Uzun zamandır repertuardan çıxarılan Xalq artisti, mərhum bəsətkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti musiqi günündə təqdim olunacaq. Tamaşa Heydər Əliyev Sarayında nümayiş ediləcək.
Teatrdan onu da bildiriblər ki, təmir-bərpa işləri yekunlaşana kimi repertuarda olan opera tamaşaları Heydər Əliyev Sarayında oynanılacaq.
Azra