Bu ölkə "Barbi"nin nümayişinə icazə verdi

MƏDƏNİYYƏT
22:18 / 01.09.2023
502

Livanın Senzura Komitəsi ölkədə “Barbi” filminin nümayişinə icazə verib. 

Hit.az xəbər verir ki, bu barədə yerli “Naharnet” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, eyni zamanda Livan hakimiyyəti kinoteatrlarda ciddi yaş məhdudiyyətləri tətbiq edərək, yaşı 13-dən aşağı olan şəxslərin filmə baxmasını qadağan edib.

Materialda qeyd olunur ki, əvvəllər filmdə göstərilən dəyərlərin Livan cəmiyyətinin əxlaqi prinsipləri ilə uyğunsuzluğu səbəbindən nümayişinə qadağa qoyulmuşdu. İndi belə bir icazənin verilməsi ölkədə kəskin mübahisələrə səbəb olub. Livan Mədəniyyət Nazirliyinin rəhbəri Məhəmməd Murtada filmin “ailə ənənələrini təhqir etdiyinə, homoseksuallığı və transseksuallığı təbliğ etdiyinə görə Livan xalqının mədəni və mənəvi dəyərlərinə zidd” olduğunu bildirib.

Bundan əvvəl Livanın mədəniyyət naziri Məhəmməd Murtada LGBT təbliğatına görə “Barbi" filminin respublika ərazisində nümayişinə qadağa qoymuşdu.

Samir

0