Əməkdar artist: \"Təmir-bərpa işləri yekunlaşmayıb\"

12:40 / 05.09.2023
568

Azərbaycan Dövlət Dərbəd Teatrında aparılan təmir-bərpa işləri yekunlaşmayıb.

Bu barədə Hit.az-a açıqlamasında Əməkdar artist Sərvər Əliyev məlumat verib.

Rejissor qeyd edib ki, teatrın bütün məşqləri Dərbəndə Ləzgi Dövlət Dram Teatrında aparılır:

“Teatr təmirə dayanandan Ləzgi Teatrının binasına yığışmışıq. Burda da işıq sistemlərini dəyişilər, yeni mövsümə hazırlıq gedir. Çünki Rusiyanın mədəniyyət nazirinin gəlişi gözlənilir”. 

Sərvər Əliyev deyir ki, Azərbaycan Dövlət Dərbəd Teatrında aparılan təmir-bərpa işləri yekunlaşmadığından yeni mövsüm açılışı uzanacaq.

Azra

0