Şamaxı-Ağsu dolaylarında plener-sərgi - FOTO

MƏDƏNİYYƏT
10:35 / 12.09.2023
537

Aktivist Rəssamlar Asosasiyası Şamaxı-Ağsu dolaylarında plener-sərgi keçirib.

Bu barədə Hit.az-a rəssam Tofiqə Əliyeva məlumat verib. O, sərginin açıq havada keçirildiyini bildirib:

"Açıq havada təşkil olunan sərgi yoldan keçən insanlar üçün maraqlı idi. İştirakçılar sərgini canlı izlədilər və onlarda xoş təəssürat oyandı. Rəssamların canlı rəsm çalışmaları tamaşaçıları valeh etdi və gördükləri canlı etüd sərgidən məmnun qaldılar”.

Tofiqə Əliyeva qeyd edib ki, tədbirin sonunda Aktivist Rəssamlar Asosasiyasının rəhbəri Nəvai Mətin iştirakçılara təşəkkürünü bildirib. 

Rəssam əlavə edib ki, bu sərginin keçirilməsində məqsəd bir neçə belə plener səfərlərdə çəkilmiş rəsmlərdən ibarət sərgilərin təşkil olunması və əhalidə rəsmə qarşı itmiş sevgini bərpa etməkdir.

Azra

0