Xalq artistinin 90 illik yubileyi qeyd olunacaq

10:37 / 13.09.2023
452

Xalq artisti, mərhum xanəndə Tələt Qasımovun 90 yubileyi keçiriləcək.

Hit.az xəbər verir ki, yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

Tədbirdə Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Beynəlxalq Muğam Mərkəzinin solistləri və muğam sənətimizin sevilən xanəndələri çıxış edəcəklər.

Qeyd edək ki, gecənin biletləri 10-15 manat  arasında olacaq.

Azra

0