Mingəçevir Dram Teatrı mövsümə necə hazırlaşır?

MƏDƏNİYYƏT
10:30 / 14.09.2023
622

Paytaxt Bakı kimi regionlarda yerləşən teatr ocaqları da yeni mövsüm açılışına hazırlaşır.

Hit.az xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrı bu mövsümdə repertuarına yeni bir əsər daxil edib. Kollektiv Nobel mükafatçısı, yazıçı D.Fonun "Rəngsazların xatirələri yoxdur" pyesi əsasında tamaşanın məşqlərinə başlayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vüsal Mehrəliyev, rəssamı Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayeva, rəqslərin quruluşu Eyvaz Əliyevə məxsusdur.

Tamaşada teatrın aktyorları Könül Hacıyeva, Hüseyn Mustafa, Paşa Salmanov, Amil Fərzəliyev, Nargilə Abdullayeva, Vüsalə Quliyeva, Vəfa İsmayılova bə başqaları rol alıb.

"Rəngsazların xatirələri yoxdur" adlı tamaşa oktyabr ayında tamaşaçılara tədim olunacaq.

Azra

0