Sumqayıt Teatrı Laçına "Missiya" ilə gedir

MƏDƏNİYYƏT
15:58 / 15.09.2023
565

Sumqayıt Dövlət Dram Teatrının işğaldan azad olunan və hazırda quruculuq işləri aparılan Laçın şəhərinə səfəri gözlənilir. 

Bu barədə Hit.az-a teatrdan məlumat verilib. Teatr səfər zamanı Hafiz Ataxanlının “Missiya” tamaşasını oynayacaq.

Sumqayıt Dövlət Dram Teatrının repertuarında olan “Missiya” tamaşası Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazova həsr olunub. 

Xatırladaq ki, Qorxmaz Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis mayoru olub. O, 10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etməsinə baxmayaraq özü həmin döyüşdə həlak olub. Qorxmaz Eyvazov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejisoru Firuddin Məhərrəmlidir. 

Azra

0