Bu gün tamaşaçıların böyük həsrətlə gözlədiyi “Yuxu kimi” serialı efirə qayıdır.
Serailda Cövdətin anası Firənfiz obrazını canlandıran aktrisa İlhamə Əhmədova Hit.az-a açıqlamasında Firəngizə qəlbən bağlandığını bildirib:
“Bu mövsüm çox maraqlı hadisələr baş verəcək. Düşünürəm ki, serial daha da seviləcək. Bir yerdə ki, Rövşən İsakın əli, ruhu var, orada mütləq tamaşaçının diqqətini çəkəcək. Bu serialın sevdirən Rövşən İsak nəfəsi və baxışıdır. Onun bütün filmləri birinci olub”.
İlhamə Əhmədova kollektivin tamaşaçıları üçün darıxdığını qeyd edib.
Qeyd edək ki, “Yuxu kimi” serialının rejissoru Rövşən İsakdır.
Azra