Qaraciyər köçürülən aktyorun səhhəti necədir?

MƏDƏNİYYƏT
18:04 / 09.10.2023
685

Bir müddət öncə qaraciyər köçürülən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovdan xəbər.

Aktyor Hit.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu bildirib:

“Müalicə olunuram. Ev şəraitində dərmanlar qəbul edirəm. Buna baxmayaraq, teatra çıxıram, tamaşalarımı da oynayıram”.

Yalçın Səlimov bu mövsümdə teatrın repertuarında olan tamaşaların əksəriyyətində rolu olduğunu vurğulayıb:

“Yeni ildən sonra müraciət olunacaq tamaşaların adları açıqlanacaq”.

Azra

0