Bakıda uşaqlar üçün \"Qaraca qız\" və \"Arvadım olun\"...

10:40 / 10.10.2023
938

Bakı Uşaq və Gənclər Teatrını iki yeni tamaşa üzərində işləyir.

Bu barədə Hit.az-a teatrdan məlumat verilib. 

Bunlardan biri Süleyman Sani Axundovun "Qaraca qız" əsəridir. Tamaşa İlhamə Əhmədovanın quruluşunda təqdim olunacaq. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatıçısı Rauf Hüseynov,Yusif Rüstəmovdur. Tamaşada Piri baba - Mehman Piriyev, Niyaz Qasımov Pəricahan xanım - Könül Şahbazova-Qasımova, Flora Hüseynova oynayacaq. Tamaşa 7-12 yaş uşaqlar üçün nəzərdə tutulub.

Teatrın ikinci müraciət etdiyi əsər fransız yazarı Raffi Şartın "Arvadım olun" bir hissəli komediyasıdır. Bu tamaşanı oktyabrın sonlarına kimi balacaların ixtiyarında olacaq. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rejissor assistenti Nuranə Rəsulova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif  Rüstəmovdur.

Azra

0