Xalq artisti: "Kinomuzun bu gününə görə ürək ağrısı keçirirəm"

MƏDƏNİYYƏT
16:13 / 21.11.2023
565

“Qarabağ bizimdir. Torpaqlarım işğaldan azad edilməsi uğrunda görün nə boyda qəhrəmanlarımız, şəhidlərimiz var, onların hər birinə borcluyuq. Biz ekranda həmin qəhrəmanların həyatını canlandırmalıyıq”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib. Aktyor kinonun bu gününə ürək ağrısı keçirdiyini qeyd edib:

“Azərbaycan kinosunun tez bir zamanda öz şöhrətinə qayıtmasını istəyirəm. Kino sənətinə xidmət edən hər bir aktyor, sənət adamı böyük arzu ilə yaşayır. Hamı kinonun inkişaf edəcəyinə, əvvəlki şöhrətinə qayıdacağına ümid bəsləyir. Azərbaycan kimi kino sənəti də inkişaf etməlidir”.

Aktyor kino sənətinin, mədəniyyətin intibah dövrünü gördüyünü əlavə edib:

“Bu xalq öz sənətini, mədəniyyətini bir daha həmin zirvəyə qaldıracaq. Hamı soruşur ki, hanı kino sənəti, hanı ekranda olan filmlərimiz? Niyə bu gün filmlər çəkilmir? Bunun üçün kinoya yaxşı bir rəhbər lazımdır. Yalnız ondan sonra Azərbaycan kinosu inkişaf yoluna qədəm qoyacaq”.

Azra

0