“Nəva muğamı”nın təqdimatına hazırlıq gedir

MƏDƏNİYYƏT
17:58 / 27.11.2023
589

“Uzun zamandır ki, Fərəməz müəllim “Nəva muğamı”nın üzərində işləyir”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Aygün Bayramova “Nəva muğamı”nın təqdimat mərasimindən danışarkən deyib. 

Xanəndə noyabrın 28-də Azərbaycan dövlət Filarmoniyasında böyük bir konsert layihəsinin həyata keçiriləcəyini bildirib:

“Konsertdə Gülyaz Məmmədova ilə mənim öz reperturamız olacaq. Biz Fərəməz müəllimin təsniflərini ifa edəcəyik. Fərəməz müəllim isə “Nəva dəsgahı”nı ifa edəcək. Güman edirəm ki, muğam onun ifasında bəyəniləcək”.

Xanəndə uzun illər bundan əvvəl “Nəva muğamı"nın tədrisə salınacağı ilə bağlı müzakirələrin getdiyini vurğulayıb:

“Xanəndələr buna çox çalışdı. Amma nəsə alınmadı. Ümid edirik ki, bu ifadan sonra muğam dərsliyə salınar”.

Azra

0