Arzu Rzayev efirə niyə çıxmır? - AÇIQLAMA

MƏDƏNİYYƏT
13:34 / 29.11.2023
558

Müğənni Arzu Rzayev ekranlarda az görünməsinin səbəbini açıqlayıb.

Sənətçi Hit.az-a açıqlamasında bildirib ki, ona bir çox kanallardan dəvət gəlir, amma qəbul etmir:

“Çox nadir hallarda hansısa verilişə çıxaram. Abırlı veriliş yoxdur. Gərək abırlı, səviyyəli verilişlər, bundan əlavə mənimlə verilişə çıxanlar da ürəyimcə olsun. Verilişlər göz önündədir”.

Arzu Rzayev yaradıcılıq işlərinin əvvəlki kimi davam etdiyini qeyd edib:

“Mən öz işimdəyəm. Yaradıcılıq planlarım istədiyim kimi gedir, yeni mahnılar yazdırmışam. Toylarım var, bir sözlə Arzu yenə arzudur”.

Azra

0