Aslim Qasımovun konsertinə ucuz biletlər bitdi

MƏDƏNİYYƏT
17:03 / 29.11.2023
560

Xalq artisti, muğam ifaçısı Alim Qasımovun "Leyli və Məcnun" operası əsasında qurulan "Leyli və mən" adlı konsertinin ən ucuz yerlərin biletləri satılıb. 

Heydər Əliyev Sarayından Hit.az-a verilən məlumata görə, xanəndənin konsertində 40 manatlıq yerlər qalmayıb:

“60 manat olan yerlərdən az sayda qalıb. Amma ondan yuxarı qiymətə, xüsusən də 240 manata nəzərdə tutulan yerlər var. Bilet satışı 24 saat həyata keçirilir. Satışdan hiss olunur ki, konsertə kimi bilet qalmayacaq”.

Qeyd edək ki, Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova dekabr ayının 5-də konsert verəcək. Konsertin biletlərinin qiyməti 40-240 manat arasındadır.

Azra

0