Ağdam Dövlət Dram Teatrı 100 illik yubileyini Ağdam şəhərində qeyd edəcək.
Bu barədə Hit.az-a açıqlamasında sözügedən teatrın direktoru Məhəmməd Hüseynov deyib.
Direktor bildirib ki, teatrın yubileyi ilə bağlı bu ilin əvvəlindən müxtəlif tədbirlər keçirir:
“2 dəfə Bakı şəhərində olduq, Teatr Xadimləri İttifaqında tamaşalarla çıxış etdik. Bu həftə isə yubileyi Ağdam şəhərində keçirmək istəyirik. Bunun üçün kollektiv olaraq icazə almaq üçün müraciət etmişik. Məqsədimiz Ağdam Teatrının binasının qalıqları qarşısında bir tamaşa oynamaqdır. Eyni zamanda həmin vaxt çəkilişlər aparmaqdır”.
Direktorun sözlərinə görə, müraciətlərinə müsbət cavab verilsə noyabrın 15-də sözügedən səfər gerçəkləşəcək.
Azra