Tofiq Bakıxanovun yaradıcılığının 70 illiyi qeyd ediləcək

MƏDƏNİYYƏT
10:58 / 11.12.2023
359

Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 70 illiyi qeyd ediləcək.

Hit.az xəbər verir ki, tədbir dekabrın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. 

Gecədə Tofiq Bakıxanovun əsərləri səslənəcək. 

Yubileydə Əməkdar artistlərdən Gülüstan Əliyeva, Almaz Orucova, Nuriyyə Hüseynova və başqalarının ifaları dinləniləcək.

Qeyd edək ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.

Azra 

0