Səkinə İsmayılova Prezidentin sərəncamından danışdı

MƏDƏNİYYƏT
16:31 / 13.12.2023
430

“Prezidentin sərəncamı hamı kimi məni də sevindirdi”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Səkinə İsmayılova Prezident İlham Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə imzaladığı Sərəncamdan danışarkən deyib. 

Xanəndə əməyinin qiymətləndirilməsinə görə Prezidentə təşəkkür edib:

“Müəllim kimi əməyinin qiymətləndirilməsi çox dəyərlidir. 2 ildir ki, universitetin 100 illiyinə hazırlaşırdıq. Bu sərəncam illər ərzində universitetdə çalışanların sevincinə səbəb oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə Sərəncam imzalayıb. Sərəncama əsasən, Xalq artistləri Mələkxanım Eyubova, İlham Namiq Kamal, Səkinə İsmayılova, Həmidə Ömərova  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Azra 

0