Rəşid Behbudovun xatirə gecəsi keçiriləcək

MƏDƏNİYYƏT
16:48 / 14.12.2023
531

Bu gün Xalq artisti, mərhum sənətkar Rəşid Behbudovun doğum günüdür.

Sənətkarın kürəkəni Kamil Şahverdiyev Hit.az-a açıqlamasında bildirib ki, bu məqsədlə Mahnı Teatrının kollektivi, sənət dostları Fəxri Xiyabanda Rəşid Behbudovun qəbirüstü abidəsini ziyarət edib:

“Rəşid Behbudovun ad günü bir çox teatrlarda qeyd edilir. Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun xatirə gecəsi keçiriləcək. Eyni zamanda Mahnı Teatrı konsert proqramı təşkil edib. Bundan əlavə dostlar, tanışlar, sənət adamları, televiziya və radio qurumları da verilişlərdə Rəşid Behbudovun mahnılarını səsləndirirlər”.

Azra 

 

 

0