Xalq artisti Londonda konsert verəcək

MƏDƏNİYYƏT
14:50 / 20.12.2023
542

Xalq artisti Gülyanaq Məmmədova London şəhərində böyük konsert proqramı ilə çıxış  edəcək.

Bu barədə Hit.az-a sənətçinin özü məlumat verib. 

Onun sözlərinə görə, konsert yaz aylarında baş tutacaq:

“Bir neçə gün öncə London şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan böyük bir tədbir keçirildi. Həmin tədbirdə mən də iştirak edirdim. Repertuarımda olan mahnılarımı səsləndirdim. Mənimlə yanaşı “Qarabağ məktəbi”in şagirdləri də həmin tədbirdə iştirak edirdi. Konsertdən sonra mənə oradan dəvət gəldi, yaz aylarında böyük konsert proqramı ilə çıxışım gözlənilir”.

Xalq artisti konsertdə repertuarında olan mahnılara müraciət edəcəyini vurğulayıb.

Azra 

1