Aygün Bəylərin dəfn yeri açıqlandı

MƏDƏNİYYƏT
16:48 / 07.01.2024
266

“Aygün Bəylərin dəfni, çox güman, sabah olacaq”.

Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Zümrüd Hümbətova deyib.

Onun sözlərinə görə, cənazə Bakıya hələ gətirilmədiyi üçün dəfn sabaha nəzərdə tutulur.

"Güman ki, sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri kimi Suraxanı qəbiristanlığı nəzərdə tutulub", - o vurğulayıb.

0