Şəfiqə Axundovanın 100 illik yubileyi niyə unduludu?

MƏDƏNİYYƏT
16:12 / 22.01.2024
455

Şərqdə ilk qadın operasının müəllifi, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi olub. Amma nədənsə bəstəkarın yubileyinə biganə yanaşılıb.

Xalq artisti Gülyanaq Məmmədova Hit.az-a açıqlamasında bildirib ki, Şəfiqə Axundovanın 100 illik yubileyi Şəki şəhərində qeyd edilib:

"Vahid Mustafayevin təşkilatçılığı ilə gözəl bir konsert proqramı keçirilib. Tədbirdə Şəfiqə Axundovanın bəstələri səsləndi. Biz Gülyaz xanımla Şəfiqə xanıma biganə qalmadıq. Bütün şəkililər onunla birlikdə oldu. 100 elə-belə rəqəm deyil. Şəfiqə xanım sıradan bir bəstəkar deyil. İnanırıq ki, Şəfiqə Axundovanın yubileyi dövlət səviyyəsində keçiriləcək. Biz buna əminik. Çünki bizim dövlətimiz buna biganə qala bilməz. Şəfiqə xanımın yaradıcılığı buna layiqdir".

Gülyanaq Məmmədova Şəfiqə Axundovanın 100 illik yubileyinin ölkə ərazisində il ərzində bir neçə yerdə keçiriləcəyinə ümid bəslədiyini vurğulayıb.

Azra 

0