Məhəbbət Kazımov yad edilib

MƏDƏNİYYƏT
12:10 / 29.01.2024
432

Əməkdar artist Məhəbbət Kazımovun anım günü qeyd edilib.

Bu barədə Hit.az-a açıqlamasında müğənninin oğlu Rəşid Kazımov deyib. 

O, bildirib ki, həmin günü iki yerdə ehsan süfrəsi açılıb: 

"Nə qədər işimiz olsa da belə həmin günü atamı həmişə anırıq. Səhər tezdən qəbiristanlığa gedirik, quran oxuduruq. Həm evimizdə, həm də iş yerində süfrə açdıq. Atamın yaxın dostları bizdə olur, yığışırlar köhnə günlərdən, atamla bağlı xatirələrindən danışırlar".

Qeyd edək ki, Əməkdar artist Məhəbbət Kazımov 2014-cü ildə 60 yaşında dünyasını dəyişib.

Azra 

0