Xalq artisti möhtəşəm yubiley tədbirinə hazırlaşır

MƏDƏNİYYƏT
12:59 / 12.02.2024
389

Xalq artisti Naibə Allahverdiyeva yubiley tədbirinə hazırlaşır.

Hit.az-ın xəbərinə görə, aktrisa mart ayında keçiriləcək yubiley tədbirində monotamaşa ilə tamaşaçı qarşısına çıxacaq.

“Rejissor Nicat Kazımov maraqlı bir iş ortaya qoyacaq. Arzusunda olub oynamadığım 4 obrazı bir tamaşada birləşdirib, 4 fərqli qadın kimi izləyicilərimin qarşısına çıxacam. Çoxlu qonaqlarım olacaq. Bu mənim bir növ yaradıcılıq hesabatım sayıla bilər”, deyə Naibə Allahverdiyeva Hit.az-a verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, ayağında yaranmış problem səbəbi ilə səhnədə hündürdaban ayaqqabıda hərəkət etmək çətinlik yaratsa da, o buna məhəl qoymur.

"Ayaqlarım incitməsin deyə yenidən pəhrizə girmişəm, 3-4 kilo da çəki atmam lazımdır. Hərəkətli, rəqslərlə dolu tamaşa olacaq. Ona görə səhnədə çox aktiv olmam lazımdır”, deyə aktrisa vurğulayıb.

Murad

0