Xalq artisti anım günündə unudulmadı - FOTO

MƏDƏNİYYƏT
15:09 / 29.02.2024
501

Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Xalq artisti Ağaxan Salmanlının məzarını ziyarət edib.

Bu barədə Hit.az-a aktyorun oğlu Mətin Salmanlı deyib. O, ailədə atasının yerinin göründüyünü qeyd edib:

"Hər birimiz öz işində-gücündəyik. Nəyəsə ehtiyacımız yoxdur, amma yenə də atamızın yeri görünür. Bu gün onun dünyadan köçən gündür. Səhər tezdən qəbrini ziyarət elədik. Biz gələndən sonra teatrın bir qrup aktyoru da atamın məzarını ziyarət edib. İstər sağlığında, istərsə də dünyadan köçəndən sonra kiminsə atamdan giley-güzar etdiyini nə gördük, nə də eşitdik”.

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlı 2020-ci ildə dünyasını dəyişib.

Azra  

0