Əməkdar artist konsertə hazırlaşır

MƏDƏNİYYƏT
14:58 / 05.03.2024
537

Əməkdar artist Xumar Qədimova solo konsertə hazırlaşır.

Bu barədə Hit.az-a sənətçinin bacısı Mətanət Qədimova məlumat verib. 

Konsert martın 10-da Hayal Kahvesində baş tutacaq:

"Xumar xanım həmişə fərqliliyi ilə seçilib, repertuarı da sevilib. “Sevdim səni” mahnısı ilə neçə gündür birincidir. Bunu nəzərə alıb Xumar xanım heyranlarnı başına toplayacaq, solo konsert verəcək. Amma bununla bitməyəcək, çünki payız aylarında Xumar xanım yenidən konsert verəcək”.

O bildirib ki, Xumar Qədimovanın bu layihəsi Heydər Əliyev Sarayında baş tutacaq.

Azra 

0