Aşıq Əhlimanın yaradıcılıq gecəsi keçiriləcək

MƏDƏNİYYƏT
17:04 / 06.03.2024
538

Əməkdar mədəniyət işçisi Aşıq Əhlimanın yaradıcılıq gecəsi keçiriləcək.

Bu barədə Hit.az-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib. 

Gecə aprelin 6-da Beynəlxaq Muğam Mərkəzində baş tutacaq. Birlikdən bildirilən məlumata görə, tədbirin təşkilatçısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. 

“Yenə gəldi yaz ayları” adlı konsertdə Azərbaycanın tanınmış aşıqları iştirak edəcək. Onlar Aşıq Əhlimanın yaradıcılığında sevilən aşıq mahnılarını ifa edəcək.

Azra 

0