Nazpəri Dostəliyeva: "Bu barədə danışmaq düşmür"

MƏDƏNİYYƏT
11:11 / 11.03.2024
601

Xalq artisti Nazpəri Dostəliyeva yeni layihələrindən söz açıb.

Müğənni Hit.az-a açıqlamasında solo konsert layihəsi üzərində işlədiyini bildirib:

"Mənə əvvəlcədən danışmaq düşmür. Çünki qabaqcadan danışanda işlərim alınmır. 3 il bundan əvvəl böyük solo konsert layihəsi ilə bağlı açıqlama verdim. Amma alınmadı, işlərim gözlədiyim kimi getmədi. Bu səbəbdən yeniliklərimlə bağlı heç nə danışmayağacam. Yaradıcı adam bir yerdə oturmur, işləyir".

Nazpəri Dostəliyeva qarşıdakı aylarda yeni layihələrini açıqlayacağını deyib.

Azra 

0