Kübra Əliyeva teatrdan gələn təklifə "yox" dedi

MƏDƏNİYYƏT
23:18 / 18.03.2024
952

Əməkdar artist Kübra Əliyeva teatrda səhnəyə çıxmaq üçün aldığı təklifdən imtina edib.

HİT.az xəbər verir ki, bu haqda aktrisa "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, təklif Naxçıvandan gəlib:

Əvvəlcə dedim ki, 75 yaşım olur, oynayaram. Baxdım ki, həmin dekorda, hündürdabanda oynaya bilmərəm. Teatrda da yaş məhdudiyyəti qoydular, ona görə də istəmirəm. Əsas məsələ isə mənim tərəf müqabillərim rəhmətə gedib".

Qeyd edək ki, K.Əliyeva Musiqili Komediya Teatrında çalışıb.

0