"Gördüm qıraqda tək dayanıb, ürəyim dözmədi qucaqladım" - Xalq artisti

MƏDƏNİYYƏT
16:16 / 16.04.2024
453

Xalq artisti Şeyx Əbdül Mahmudov uzun müddət küsülü olduğu həmkarları Rasim Balayev və Şəfiqə Məmmədova ilə barışıb.

Hit.az-a danışan rejissor bildirib ki, onlarla barışığı kinoittifaqın qurultayında baş tutub:

“Mən özüm üçün danışmırdım , kinomuzun inkişafı üçün danışırdım. Tənqidim onların şəxsinə deyildi, vəzifələrinə idi. Şəfiqə Məmmədova seçilməyəndə bayaqdan əlini öpənlər, qabağında yaltaqlananlar heç  üzünə baxmadılar. Gördüm durub qıraqda tək, getdim, qucaqladım öpdüm. Hər şey ötüşdü keçdi, barışdıq”,- deyə o bildirib.

Murad

0