“Kimin dabanlarını yalayırsan, yala...” - Prezidentdən Paşinyana SƏRT XƏBƏRDARLIQ

SİYASƏT
18:12 / 09.10.2020
897

“Biz işğalçını sülhə məcbur edirik”.

HİT.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

O qeyd edib ki, ermənilər bizim gücümüzü, iradəmizi gördülər: “Gördülər ki, dünyada heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, biz ərazi bötüvlüyümüzü bərpa edəcəyik. İşğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün. Ermənistanın Baş naziri özünü nə hesab edir?”- deyə dövlət başçısı qeyd edib.

1