Mustafa Şentop sabah Azərbaycana gələcək

SİYASƏT
13:22 / 25.07.2021
1055

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana gələcək.

“Anadolu” agentliyi xəbər verir ki, türkiyəli spiker Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin ilk toplantısına qatılacaq. Toplantıdan əvvəl Şentop və digər spikerlər Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. TBMM sədri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət edəcək.

Mustafa Şentop iyulun 28-də xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək.  O, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra Türkiyəyə qayıdacaq. //
Qafqazinfo

0