SİYASƏT
17:12 / 26.07.2021
437

Rusiya və Ukrayna arasında müharibə başlayacaq? - Açıqlama

"Rusiya yenidən Ukrayna sərhədlərinə, bu dəfə Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb".

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini Bəhrəm İsmayılov bildirib.

O qeyd edib ki, Ukrayna rəsmilərinin bildirdiyinə görə, yarımadaya oradakı qüvvələrdən əlavə 21 minlik qruplaşma yeridilib və bura müxtəlif zirehli texnika, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri, o cümlədən xüsusi təyinatlı qüvvələr daxildir. 

"Proseslərdəki dinamikadan dolayı, düşünmürəm ki, yaxın zamanda Rusiya ilə Ukrayna arasında ciddi siyasi münaqişə baş versin. Rusiya rəsmiləri bir neçə gün öncə "See Breez" təlimləri zamanı NATO-nun Qara dənizdə təlim keçən zaman silahları Ukraynaya təhvil verdiyini iddia edir. Təsadüfi deyil ki, Rus donanmasının 235 illiyi ilə bağlı tədbirdə Putin Rusiyanınn dünyada analoqu olmayan silahlar istehsal etdiyini bəyan etdi. Bölgədə bundan öncə də bir neçə dəfə baş verən aktivləşmələri nəzərə alaraq deyə bilərəm ki, bu bəyanatlar sadəcə təhdid məqsədi daşıyır. Ukrayna da Krımla bağlı iddialı olsa da, Rusiyayla müharibəyə gedəcəyini ehtimal etmirəm. Ən azından Kiyev NATO-nun 13 ildir, üzvlüklə bağlı heç bir addım atmadığını və müharibədə də şimal alyansının Ukraynanı aktiv dəstəkləməyəcəyini anlayır.  

Fikrimcə, Krım məsələsinin Rusiya parçalanmadan həllini tapması mümkünsüz görünür. Bunu Rusiyanın və Ukraynanın güc fərqi və beynəlxalq aktorların bu cür münaqişələrə təsir etmə praktikası deməyə əsas verir", - deyə o əlavə edib.

 

0