SİYASƏT
23:52 / 14.09.2021
376

Türk Şurasının adı dəyişdirilir: Bu ölkə tamhüquqlu üzv olacaq

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq".

HİT.az xəbər verir ki, bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək: "Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq".

0