Şentopdan Bakı ilə bağlı PAYLAŞIM

SİYASƏT
20:36 / 15.09.2021
1110

"Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib".

HİT.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabında qeyd edib.

“Türkiyə-Azərbaycan qardaşlığının nışanı olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik”,-deyə TBMM sədri bildirib.

 

0