Karapetyanın işdən çıxarılmasının pərdəarxası: Xankəndinə lazımsız səfər?

SİYASƏT
23:51 / 15.11.2021
1013

"Arşak Karapetyanın işdən çıxarılmasının rəsmi səbəbi açıqlanmayıb. Amma belə qənaətə gəlmək olar ki, icazəsiz olaraq Qarabağ bölgəsinə, qonşu ölkənin ərazisinə səfər etdiyi üçün vəzifəsindən azad edilib".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistanın Müdafiə naziri Arşak Karapetyanın qəfildən vəzifəsindən kənarlaşdırılmasının pərdəarxası məqamlarından danışarkən deyib. Sabiq nazirin fikrincə, Karapetyanın vəzifədən azad olunmasının müxtəlif səbəbləri ola bilər, amma indiki məqamda görürnən əsas səbəb onun Xankəndinə səfər etməsidir:

"Bu, mənasız bir səfər idi. Sadəcə olaraq vəziyyəti gərginləşdirə bilərdi. Özü də elə bir vaxtda ki, ermənilərin nə gücü var, nə də imkanları. Bizim cavabımız isə onları daha ağır vəziyyətə sala bilərdi. Bu baxımdan düzgün addımdır”.

Tofiq Zülfüqarovın fikirincə, Karapetyanın məqsədi özünə reytinq qazanmaq olub:

"Amma bu addım Ermənistan üçün mənfi nəticələrə gətirib çıxarda bilərdi. Paşinyan da məhz buna əsəbiləşib və onu vəzifəsindən azad edib".

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təqdimatına əsasən, ölkənin müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun əvəzinə Suren Papikyan yeni müdafiə naziri təyin olunub.

Onu da qeyd edək ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bir həftə öncə Xankəndinə səfər edib.

0