Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng etdi

21:58 / 16.11.2021
1083

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.

1