SİYASƏT
18:16 / 24.11.2021
221

Azərbaycandan Ermənistana getdi

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıdan İrəvana gedib.

HİT.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Onu hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla görüşə gediblər.

Görüşdə Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər müzakirə olunacaq.

Axşam saatlarında Overçuk Ermənistan paytaxtını tərk edəcək.

Bu gün Overçuk Bakıda prezident İlham Əliyevlə də görüşüb.

Xatırladaq ki, noyabrın 26-da Rusiyanın Soçi şəhərində prezidentlər Vladimir Putin, İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. 

0