Prezidentin Naxçıvana təyin etdiyi yeni səlahiyyətli nümayəndəsi kimdir?

SİYASƏT
17:13 / 22.12.2022
951

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin edib.

Qaynarinfo-nun məlimatına görə, Fuad Nəcəfli 2004-2005-ci illərdə "Star Alliance” sığorta şirkətində, 2005-2006-cı illərdə "Texnika Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
 
2006-2019-ci illər ərzində "Paşa Holdinq"də və "PAŞA İnvestments” MMC-də müxtəlif vəzifələrdə işləyib. 

2019-cu ildə Sumqayıt Texnologiyalar Parkında Müşahidə Şurasının üzvü olub.

1975-ci il təvəllüdlü olan F.Nəcəfli Şahbuz rayonunun Kolanı kəndində anadan olub.

0