"Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik yaratdı"

SİYASƏT
15:36 / 12.12.2024
297

“Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı”. 

Bu fikri millət vəkili Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox Fərman və Sərəncam imzalanıb, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir:

 “994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası isə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynadı. 

“Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Qlobal əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin çəkilişi həyata keçirildi”.

Millət vəkili qeyd edib ki, Ulu öndərin müəllifi olduğu mükəmməl iqtisadi model Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu: 

“1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalı­nın həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev kursuna öz sadiqlini nümayiş etdirərək, siyasi varisi Cənab İlham Əliyevə etimad göstərməklə  yüksək iqtisadi inkişafının və sosial rifahının etibarlı təminatını yaratmış oldu”.

Sevinc

0