Hindistandan bəzən də İrandan Azərbaycana vakumlanmış şəkildə idxal olunan danadan çıxan can ətlərinin yaxud camış, inək ətlərinin qida dəyəri və keyfiyyəti ilə bağlı sıxıntılar müşahidə edilə bilər .
Bunu Hit.az-a qida eksperti Ağa Salamov Azərbaycana idxal olunan ətlərin keyfiyyəti ilə bağlı fikirlərini bölüşərkən açıqlayıb.
O bildirib ki, təbii ki, ölkəmizə xaricdən gətirlən ətlərdən gömrükdə AQTA- nın nümayəndələri tərəfindən analizlər götürülür.
“Həmin ətlərin mikrobioloji çirklənməyə məruz qalıb-qalmaması haqqında bir sənəd ortaya qoyurlur”.
Ağa Salamov sözügedən ətlərin keyfiyyətində müşahidə edilməsi mümkün olan müəyyən çatışmazlıqları da sadalayıb:
“Bu ətlər əsasən keyfiyyət baxımından yerli məhsullardan aşağıdır və qiyməti çox ucuzdur. Bu ətdə xüsusi qoxu olur və adətən qanın içində üzür. Həmin ətlər vakumlanır və neçə aylar donmuş şəkildə qalır.”
Ağa Salmanov donmuş vəziyyətdə Hindistan və İrandan ölkəmizə gətirilən iribuynuzlu heyvan ətlərinin istifadəsi zamanı yol verilən hansı yanlışlıqların zəhərlənmə ilə nəticələnə biləcəyinə aydınlıq gətirib: “Məlumdur ki,günlərlə donmuş vəziyyətdə müxtəlif ölkələrin ərazisindən keçərək Azərbaycana gətirilən bu ətlərin bəzi ictimai iaşə müəssisələrində donunu açırlar və təzədən dondururlar. Bu ətlər ikinci dəfə donduğu zaman qida zəhərlənməsi ortaya çıxır. Əti ictimai iaşə müəssisələrində də yerində yoxlamaq zəruridir.
Aynur Qəniyeva